İzahlı lüğət

MƏXMƏR

is. [ər.] Üzü qısa xovlu parlaq ipək parça. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta... hər şeyim var. Ü.Hacıbəyov. // Məxmərdən tikilmiş, məxmərdən olan, üzünə məxmər çəkilmiş. Məxmər döşək. Məxmər pərdə. - Abı ipək don geymiş qarabəniz xanım yaşıl məxmər divanda böyrü üstə uzanıb .. oxuyurdu. M.S.Ordubadi. Dəmirov astarsız məxmər pencəyini düymələdi. S.Rəhimov. Məxmər kimi - görünüşcə və ya əl vuranda məxməri xatırladan şey haqqında. Yaşıl məxmər kimi döşəndi yonca; Vətən qızlarının ayaq altına. S.Vurğun. ..Məxmər kimi otların arasından büllur sular süzülür, qönçələrə, düyməçdldrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAN

......