
MƏXLUQtop. [ər.] 1. Canlı varlıq, canlı vücud (insan, heyvan). Müsəlmanın təsəvvüründə .. şeytan hiyləgər məxluqdur, başında bir taskülah var.. C.Məmmədquluzadə. Lakin insan müstəsna bir məxluqdur. Mir Cəlal. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzadə.
Xalq, camaat, el, adamlar. [İmamyar:] Məxluq çalıb-oynayır.. C.Cabbarlı. [Hüseyn:] Dayı! Nə üçün məxluqu yığmısınız bizim qapımıza? S.Rəhman. “Adam, insan” mənasında. Ah, ana! Sən nə qədər böyük məxluqsanmış!.. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|