İzahlı lüğət

MƏHŞƏR

[ər.] 1. Bax qiyamət 1-ci və 3-cü mənalarda. Vaqifəm, hicrandır mənim məhşərim; Gecə-gündüz canan olmuş əzbərim. M.P.Vaqif. [Şahpəri:] Vallah, bir tufan var, bir qiyamət qopur ki, elə bil məhşərdir! Bayramov. □ Ərəsati-məhşər - bax ərəsat.
□ Məhşər ayağına çəkmək - bərk sıxışdırmaq, sorğu-suala çəkmək, haqq-hesab tələb etmək. Iki mələk Həsəni darta-darta məhşər ayağına çəkir. S.Rəhman. Məhşər qopmaq - bax qiyamət qopmaq (“qiyamət” də). Əzizinəm yad əli; Ya divanə, ya dəli; Məhşərim o gün qopar; Yara dəysə yad əli. (Bayatı). Sənsiz vətəndə bir qəribəm, qan olur könül; Məhşər qopar başımda, xuruşan olur könül. A.Səhhət. Məhşər qurulmaq dava-qalmaqal, mərəkə qopmaq; çaxnaşma, vurhavur başlanmaq. Yığılsa məxluqat, qurulsa məhşər; Israfil surunu çala, qoymaram. “Koroğlu” .
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed