İzahlı lüğət

MƏXFİ

sif və zərf [ər.] 1. Gizli, gizlicə, xəlvəti. Məxfi demək. - [Dostum] məxfi şeylər danışırmış kimi qulağıma əyildi. Mir Cəlal. [Qədir] nə qədər məxfi söz danışır danışsın, üç ağaclıqdan eşidilirdi. İ.Əfəndiyev. □ Məxfi qalmaq - gizli saxlanmaq, başqası bilməmək, gizli qalmaq, aşkar edilməmək. Bəli, bu iş gərək məxfi qala. C.Məmmədquluzadə. [Əmir Aslan ağa:] O da məxfi qalmasın ki, hər kim mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır. S.S.Axundov. Məxfi saxlamaq (tutmaq) - gizli saxlamaq, başqasına deməmək, başqalarından gizlətmək. [Şeyx Sənan:] Təbii, səndə var bir xeyli əsrar; Neçin məxfi tutar, qılmazsan izhar? H.Cavid.
Geniş surətdə yayılmasına icazə verilməyən, gizli qalmalı olan, gizli saxlanılan. Bu əski qəza [idarəsinin] məxfi arxivindən çıxarılmış bir iş idi. H.Nəzərli. Kosa, Sübhanverdizadənin söylədiyindən, bu kassanın məxfi kağızlar üçün olduğunu yaxşıca bilirdi. S.Rəhimov. Məxfidir şəklində rəs. - gizli, məxfi saxlanılmalı olan sənəd, məktub və s.-nin üzərində yazılan qeyd.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed