
MƏHVis. [ər.] Yox etmə, ortadan qaldırma, tələf etmə, puç etmə, məhvinə səbəb olma. Məhv etmək - yox etmək, puç etmək, tələf etmək, qırmaq. Siçanları məhv etmək. Həşəratı məhv etmək. Müharibə milyonlarla adamı məhv etdi. Məhv olmaq - 1) yox olmaq, yer üzündən silinib getmək. Minlərcə adam odlu gürzələrin cənginə düşüb məhv olmaqda idi. Çəmənzəminli; 2) puç olmaq, yoxa çıxmaq, heçə çıxmaq. Ümidləri məhv oldu.
Paylaşın - Hamı bilsin
|