
MEXANİKLƏŞDİRİLMƏKməch. Maşın və mexanizmlər tətbiq edilmək. Kənd təsərrüfat işləri daha çox mexanikləşdirilir. // Əl əməyi maşın və mexanizmlərin işi ilə əvəz edilmək. Pambıq yığımı mexanikləşdirilib. Ağır işlərin çoxunun mexanikləşdirildiyi bir zamanda maşınlardan səmərəli istifadə olunması diqqət mərkəzində durmalıdır.
Paylaşın - Hamı bilsin
|