
MÜTƏDAVİLsif. [ər.] Bir adət, moda halını almış; işlək, adi. Mütədavil şey. - Vəkil dəllallığı bir mütədavil peşə idi. Ə.Haqverdiyev. □ Mütədavil olmaq - işlək olmaq, dəbdə olmaq, tədavüldə olmaq. Bu tərəfdən nəzmi-məmləkət üçün mütədavil olan tərzisiyasət hər aqili təhəyyürə salır. M.F.Axundzadə. [Murad] hər qisim ev maşınları [təmir] edər, o zaman çox mütədavil olan papirosyandıran qayırıb satardı. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|