İzahlı lüğət

MÜTALİƏ

is. [ər.] 1. Oxuma, qiraət. Hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi və təcrübə ilə həkimliyi öyrənmişdi. C.Məmmədquluzadə. Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev. □ Mütaliə etmək (eləmək) - kitab, qəzet, jumal və s. oxumaq. [Musanın nəvəsi] mütaliə edir, çalışır, elmin bir şöbəsində özünü mütəxəssis hesab edir. Qantəmir. Bir axşam ürəyim yenə təngləşdi. Mütaliə etdiyim kitabla maraqlana bilmədim. T.Ş.Simurq. // Kitab və s.-dən əxz edilmiş bilik, məlumat mənasında.
2. Ətraflı düşünmə, götür-qoy etmə, fikirləşmə. Məsələni əvvəlcə mütaliə etmək lazımdır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed