
MÜDAXİLƏis. [ər.] 1. Başqasının işinə, münasibətinə qarışma, ümumiyyətlə, bir işə qarışma, onda iştirak etmə, onun gedişinə təsir etmə. Başqalarının bu işə müdaxiləsinə ehtiyac yoxdur. Onun müdaxiləsi vəziyyəti daha da pisləşdirdi. □ Müdaxilə etmək başqasının işinə qarışmaq, araya girmək. [Məsmə:] [Kor Seyid] mənim işlərimə müdaxilə etməyə başladı. S.Hüseyn. [Uşaqlar] nə isə anlayır, lakin böyüklərin dərdinə müdaxilə etməyə cəsarət etmirdilər. Ə.Məmmədxanlı. // Bir şeyin qarşısını almaq, onu dayandırmaq üçün göstərilən fəaliyyət, hərəkət. Cərrahi müdaxilə. Operativ müdaxilə.
Bir dövlətin zorla başqa bir dövlətin daxili işlərinə qarışması. Hərbi müdaxilə. Iqtisadi müdaxilə. Paylaşın - Hamı bilsin
|