İzahlı lüğət

MÜƏYYƏN

sif [ər.] 1. Qəti olaraq təyin edilmiş, müəyyənləşdirilmiş. Müəyyən saatda görüşmək. Müəyyən adam. // Müvafiq, lazımi. Firidun müəyyən yerlərə zəng etdi. Mir Cəlal. Yarım saatdan sonra təzədən milis şöbəsindən gəlib müəyyən yoxlamalar aparmağa başladılar. H.Seyidbəyli. □ Müəyyən etmək - b a x müəyyənləşdirmək. Nərminə də ona görə susmuşdu ki, sözü haradan başlamağı müəyyən edə bilmirdi. B.Bayramov. Müəyyən olunmaq - qabaqcadan təyin olunmaq; müəyyənləşdirilmək. Xacə Mübarəkə əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evəpiyadəyetirsin... M.F.Axundzadə.
Dürüst, aydın, dəqiq, qəti. Fikirsiz və müəyyən plansız bir halda küçə ilə getdim. Çəmənzəminli. Rənada da Cahangir haqqında müəyyən bir nöqteyi-nəzər vardır. S.Rəhman. // Konkretləşdirilmiş, konkret. Hər kəsin vəzifəsi müəyyəndir.
Bir hissə, bir qədər. Kitabın müəyyən hissəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed