İzahlı lüğət

MƏCLİS

is. [ər.] 1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas. ..Çünki bu bir məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Hərzə nə şura və nə məclis bilir; Nə düşünür yaxşı, nə bir pis bilir. M.Ə.Sabir. Qüdrət danışdıqca məclisin sükutu daha da ağırlaşırdı.. M.Hüseyn. // Həmin toplanışın düzəldiyi yer.
Toy, şənlik, yas və s. bu kimi yerlərdə toplanan yığıncaq. Toy məclisi. Şənlik məclisi. Təziyə məclisi. - Oxunur məclisdə xoş kəlimatı; Ox kimi bağrını dələr, ağlarsan. M.V.Vidadi. ..Qızlar, gəlinlər dəyığışıb gəlmiş, .. gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə.
Türkiyədə və İranda qanunverici orqanın, parlamentin adı. ..Tehranda məclisi topa tutublar. C.Məmmədquluzadə. □ Məclisimüəssisan, yaxud müəssislər məclisi - burjua dövlətlərində: əsas qanun (konstitusiya) hazırlamaq üçün yaradılan müvəqqəti nümayəndəli orqan. Məclisi-müəssisan seçkilərində xalq siyasi firqələr ətrafında toplaş(dı).. S.Hüseyn. ..Milli konqres özünü məclisimüəssisan elan etdi. M.İbrahimov.
Teatr tamaşalarının ayrı-ayrı hissəsi; pərdə, şəkil. Birinci məclis Rüstəm bəyin evində vaqe olur. Ü.Hacıbəyov. İkinci məclis vaqe olur bir balaca otaqda. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed