
MƏCUNis. [ər. ] 1. Xalq təbabətində xəstə
və zəif adamlara vermək üçün xüsusi hazırlanmış xəmirvari bir maddə, dərman. 2. dan. Çox dadlı, ləzzətli, canaxeyirli şey haqqında. Xörək deyil, məcundur. - Bax, bu xurma Bağdad xurmasıdı, plovun qarasına qoydur, ye, elə bil ki, məcundur. C.Məmmədquluzadə. ..[frəngiz Muxtara:] Ağzının ləzzətini bilmirsən, [göbələyin] kababı məcundur. B.Bayramov. Paylaşın - Hamı bilsin
|