
MƏCMƏYİis. [ər.] Mis və ya başqa metaldan düzəldilmiş dairəvi yastı iri qab, iri sini. Mis məcməyi. Naxışlı məcməyi. - O gənc kişi bir məcməyi və üzərində bir neçə stəkan çay daxil oldu. T.Ş.Simurq. Gözlərim ixtiyarsız olaraq məcməyidəki şeylərə tərəf çevrildi. Qantəmir.
Paylaşın - Hamı bilsin
|