İzahlı lüğət

MƏDƏD

[ər.] 1. is. Kömək, yardım, imdad, aman. Müşküldür arizə divandan mədəd. Q.Zakir. [Həcər] əl atıb aynalını bərk-bərk sıxdı: - Səndən mədəd! - dedi. S.Rəhimov. Mədəd vermək (eyləmək, qılmaq) klas. kömək əli uzatmaq, yardım etmək, imdada çatmaq. Saqi, mədəd et ki, dərdməndəm! Qəm silsiləsinəpaybəndəm. Füzuli. Ol qaşı qibləyə üz sürtmək istər; Mədəd eylə iqbalına Vaqifin. M.P.Vaqif.
2. nida. Aman! kömək edin! dada çatın! (çox vaxt “ay” nidası ilə işlədilir). [Koroğlu:] Nə yorğan var, nə də cecim; Zülüm, ay mədəd, ay mədəd! “Koroğlu” . Dost yolunda cəfia çəkdim, can üzdüm; Yetişmədim bir məkana, ay mədəd! Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed