
MƏCNUNsif və is. [ər.] 1. Dəli, divanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun. H.Cavid. □ Məcnun etmək - dəli etmək, divanə etmək. Məcnun olmaq - dəli olmaq, divanə olmaq. Məcnun olacaqsan bu təbiətlə nəhayət. H.Cavid.
məc. Aşiq, vurğun, dəlicəsinə vurulmuş. Hicrdə müttəsil ümmidi-visal ilə xoşam; Gəlməyib aləmə bir mən kimi məcnun aşiq. Q.Zakir. Niyə bu məcnunu etmiş fəramuş? Nədən ötrü olub biganə səndən? Nəbati. Paylaşın - Hamı bilsin
|