İzahlı lüğət

MAYA1

is. [fars.] 1. Bəzi qidalarda qıcqırma əmələ gətirən maddə. Xəmir mayası. Pendir mayası. □ Maya vurmaq - b a x mayalamaq 1 -ci mənada. Qatığa maya vurmaq.
biol. Rüşeym, döl. Mayası pisdir. // məc. Əsas, əsil kök. Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. S.Rüstəm. Ilham bulaqları quruyacaqdır; Hər kimin deyilsə mayası eldən. O.Sarıvəlli.
Bəzi xəstəliklərə qarşı peyvənd (aşı) maddəsi. Difterit mayası. - Əgər uşağa vaxtkən çiçək mayasını döysən, dəxi o uşaq çiçək naxoşluğu tutmaz. C.Məmmədquluzadə.
məc. Mövzu, obyekt mənasında. Indi uşaqların hansı zavoda göndəriləcəyi də söhbət mayası olmuşdu. Ə.Əbülhəsən.
məc. Səbəb, əsas, kök, səbəbkar. [Rüstəm kişi:] Deyirəm axı, bu qanacaq sizdə olmaz. Deməli, mayası Şərəfdəndir? M.İbrahimov. [Sərvinaz Şahmara:] Bu işlərin bir mayası da sənsən. B.Bayramov.
Gəlir əldə etmək üçün bir şeyə qoyulan pul; sərmayə. Dükanın mayası da Molla Cəfərqulunun idi. N.Nərimanov. Iki-üç ildən sonra maya əldən çıxdı. Ə.Haqverdiyev. // Ticarətə, alverə başlaya bilmək üçün əldə olan məbləğ, pul. □ Maya qoymaq - pul sərf etmək, pul xərcləmək, pul qoymaq.
Ümumiyyətlə, əldə olan pul, sərvət, dövlət. [Tacir].. əlində olan mayasını işə və istifadəyə buraxa bilmir. M.S.Ordubadi. □ Maya dəyəri (qiyməti) iqt. - bir malın hazırlanmasına sərf olunan, istehsal vasitələri xərci ilə işçiyə verilən əmək haqqından ibarət istehsal xərcləri. Məhsulun maya qiyməti.
mus. Səs qatarlarında orta pərdə. Əmələ gələn səs qatarlarında orta tetraxordun birincipərdəsi maya adlanıb, ladda tonika vəzifəsini görür. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......