İzahlı lüğət

MATƏM

is. [ər.] Yas, təziyə, əza. □ Matəm geymək məc. - matəm əlaməti olaraq qara geymək; yas saxlamaq, təziyə tutmaq. Mən köçdüm dünyadan vaxtından qabaq; Ki, matəm geyməsin bu ana torpaq. M.Rahim. Matəm qopmaq - ağlaşma başlamaq, yas qurulmaq. Vəqta ki, qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. Matəm qurulmaq - yas məclisi qurulmaq. ..Danabaş kəndində üç yerdə matəm qurulubdu.. C.Məmmədquluzadə. Matəm saxlamaq - yas saxlamaq, yasa batmaq. Minlərlə adam atom bombaları qurbanlarına matəm saxlayır. // məc. Yas, kədər, hüzn. Of ana, Fitnəni görərsə Bəhram; Bizə matəm olar bu toy, bu bayram. A.Şaiq. İnsanlar öpüşüb qardaş olsalar; Dünyada nə matəm, nə məhbəs qalar. S.Vurğun. □ Matəm çəkmək yasa batmaq, kədərə qərq olmaq. Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə. Səhhət. Matəmə batmaq - kədər içərisində olmaq, yasa batmaq. [Dostəli:] Şəhərin tamam yarısı matəmə batıb, amma siz burada şadlıq edirsiniz. Ü.Hacıbəyov. Hər gələn yurdumda bir at oynatdı; Analar gənc ikən matəmə batdı. S.Vurğun. Matəmə bürünmək bax matəmə batmaq. Bürünüb matəmə kəndlər və şəhərlər ölüdür; Elə bil, orda həyətlər, küçələr qan gölüdür. S.Rüstəm.
□ Matəminə oturum! - qarğış məqamına işlənir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed