
MAYALLAQis. [ər.] Başı aşağı əyib bədənlə ayaqları o biri tərəfə aşırma. □ Mayallaq aşmaq (vurmaq) - başın üstündən o biri tərəfə çevrilmək, aşmaq. Molla Abbas mayallaq aşır, Rüstəm və Heydər gülüşürlər. Məmmədquluzadə. Uşaqlar ayaqyalın qarın içində mayallaq vururlar. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|