İzahlı lüğət

MAYA2

is. [fars.] 1. Dişi dəvə. Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Ağ mayaların üstündə oturub, yayxanayayxana gedən qoca qarıların qucağında camış balağı, çəpiş, yaxud it küçüyü gözə dəyirdi. Ə.Vəliyev. Bürüyür ətrafı zınqırov səsi; Ağca mayaların nərildəməsi. M.Rahim. // Ana göyərçin. Mayanı uçurtmaq. Maya yumurta üstündə oturub.
2. məc. dan. Ağ, dolğun, gözəşirin qadın haqqında (bəzən “kimi” qoşması ilə). Maya kimi gəlin. - Burdan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed