İzahlı lüğət

MARAQLI

sif 1. Maraq oyadan, marağa səbəb olan. Maraqlı söhbət. Maraqlı xəbər. Maraqlı kitab. Maraqlı tamaşa. - ..Axırda da Tamam maraqlı nağıllarını başlardı. S.S.Axundov. Ancaq bugünkü idman bayramının xüsusi və maraqlı bir hissəsi də vardı. M.Rzaquluzadə. // Zərf mənasında. Maraqlı danışmaq. Maraqlı qulaq asmaq.
2. Maraq ifadə edən. Ucaboylular balacaların çiyninin üstündən baxır, balacalar ucaların böyründən başını çıxararaq maraqlı gözlərlə maşından düşənləri seyr edirdilər. M.Ibrahimov. // İs. mənasında. Maraqlanan, marağı, həvəsi olan adam; həvəskar. Məhsəti xanımı görmək.. üçün şəhərin bütün şeir və musiqi maraqlıları Xərabət məhəlləsinin tininə yığışmışdılar. M.S.Ordubadi. Bəzi maraqlılar və qoyub gəldiyi ev-eşiyi, mal-dövləti üçün qorxanlar izdihamdan aralanıb .. sürətini artırırdı. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed