
MƏNBƏis. [ər.] 1. Yeraltı suların çıxdığı yer; qaynaq, bulaq, çeşmə.
məc. Əsasmı, başlanğıcmı təşkil edən şey. Xammal mənbələri. Gəlir mənbəyi. - Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş balaca pəncərəvari bir baca olduğundan, otaq lazımi qədər işıq deyildi. T.Ş.Simurq. Axır illər çayqıraqlı arvad-uşaq üçün burada bir qazanc mənbəyi də yaranmışdı. Ə.Əbülhəsən. // məc. Bir xəbərin və s. çıxdığı, zahir olduğu yer. Xəbərin mənbəyini bilmək. Inanılan mənbələrdən alınan məlumata görə. Bax məxəz 2-ci mənada. Rus mənbələrinə gəldikdə bunlardan [bizim] tarixə aid bir çox mühüm şeyləri ixrac etmək olar. F.Ağazadə. coğr. Çaym başlandığı yer (mənsəb2 əksi). Kür çayının mənbəyi. Arazın mənbəyi. Paylaşın - Hamı bilsin
|