
MƏN1Danışan adamı bildirən birinci şəxs əvəzliyinin təki. Mən sonra gələrəm. Mən deyən oldu. - Ah, mən gündən-günə bu gözəlləşən; Işıqlı dünyadan necə əl çəkim? M.Müşfiq.
□ Mən ölüm dan. - xahiş və ya yalvarış məqamında işlədilir. Sizə bu təziyədən özgə həvəslərdi murad; Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|