
MƏN2is. [ər.] köhn. Qadağan, yasaq; buraxmama, qoymama, yol verməmə. □ Mən etmək - qadağan etmək, qoymamaq, yol verməmək, icazə verməmək, daşındırmaq. Sahibi-xanə qardaşının sözlərini eşidib, onu bu xatalı səfərdən mən edir. F.Köçərli. [Mirzə Cəfərxan:] Söhbət axır bu yerə yetdi ki, Əlixan Əfşar bizim hər bir təklifimizi mən etdi. Ə.Haqverdiyev. Mən olmaq - qadağan edilmək, icazə verilməmək, qoyulmamaq.
Paylaşın - Hamı bilsin
|