İzahlı lüğət

MƏMNUN

sif [ər.] 1. Razı olan, razı, xoşnud. Neyləmişsən Molla Səfi, Bəybaba; Məmnundu, əzizim, bu qədər səndən. Q.Zakir. [Kor Seyid] Məsmənin bu təşəbbüsündən məmnun deyilmiş. S.Hüseyn. // Zərf mənasında. Razı, xoşhal; sevincək. Məmnun qayıtmaq. □ Məmnun etmək - sevindirmək, şad eləmək, razı salmaq, razı etmək. [Xanımın] gülər üzü studenti çox məmnun etdi. Çəmənzəminli. Məmnun qalmaq - razı qalmaq, xoşhal olmaq. Səyahətçilər müəssisə müdirinin verdiyi ziyafətdən məmnun qaldılar. M.S.Ordubadi. Sənin məmnun olduğun gün; Ruhum məndən məmnun qalır. Ə.Cavad. Məmnun olmaq - razı düşmək, xoşhal olmaq, sevinmək, şad olmaq. [Şeyda:] Ah, bilsəniz bu xəbərdən nə qədər məmnun oldum. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed