İzahlı lüğət

MÜTƏVƏCCEH

sif. [ər.]: mütəvəcceh olmaq - 1) qulluq etmək, qayğısını çəkmək, baxmaq, gözü üstündə olmaq, muğayat olmaq. Uşaqlara mütəvəcceh olmaq. - [Məmmədhəsən əmi] gecə və gündüz bu heyvana mütəvəcceh olur ki, onu yolda qoymasın. C.Məmmədquluzadə. Şeyx Şabanın bu halətindən heç kəs ona mütəvəcceh olmurdu. Ə.Haqverdiyev; 2) üzünü tutmaq, müraciət etmək; // fikir vermək, diqqət yetirmək. Oğlan gəlmişəm, ay dərdin mənə gəlsin, ərzimə mütəvəcceh ol.. E.Sultanov. Şah bəşaşət ilə mollabaşıya mütəvəcceh olub sual etdi. M.F.Axundzadə. Doktor bundan sonra Münəvvər xanıma mütəvəcceh olub deyirdi.. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed