İzahlı lüğət

MÜTƏRƏDDİD

sif. [ər.] Müəyyən qərara gələ bilməyən, qərarsız, çaş-baş qalmış, tərəddüd edən. Mütərəddid adam. - Ana mütərəddid halda bir xeyli səssiz dayanıb, köksünü ötürə-ötürə oğluna baxdı. M.Hüseyn. [Aydın] mütərəddid halda ovçuya, sonra divardakı şəkillərə baxdı. H.Seyidbəyli. □ Mütərəddid qalmaq - çaş qalmaq, qəti qərara gələ bilməmək, tərəddüd içində olmaq. Indi Telli mütərəddid qalmışdı. S.Hüseyn. [Bəhram] da həmişə bir iş görəndə mütərəddid qalardı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed