İzahlı lüğət

MÜTTƏHİM

is. [ər.] İttiham olunan; günahkar, müqəssir, məhkəmədə ittiham edilən adam. Müttəhimi dindirmək. Müttəhimin müdafiəçisi. // Sif. mənasında. [Sədr:] Müttəhim
Baxşının qiyamçılar təşkilatlarına mənsub olmağı haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı. □ Müttəhim etmək ittiham etmək, təqsirləndirmək, günahlandırmaq. [Səba:] Bu sirri bir kimsəyə açma, çünki məni sarayın sirlərini satmaqda müttəhim edə bilərlər. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......