
MÜTRÜBis. [ər. mütrib] 1. Keçmişdə musiqinin müşayiəti ilə toylarda rəqs edən oğlan (bəzən qız). ..Qorxurdum ki, özlərinə bir qəpik də saxlamayalar ki, mütrüb-zad oynadanda şabaş verələr. C.Məmmədquluzadə. Dəfçalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. H.Sarabski.
dan. Hərəkət və danışığında yüngül, qeyri-ciddi adam haqqında; oyunbaz. Mütrübün biridir. - [Molla Güləndam Hürzada:] Ay qız, ey mütrüb, mən sındırmalı qoz deyiləm sındırasan.. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|