
MƏLAMƏTis. [ər.] Danlaq, danlama, məzəmmət, töhmət. Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm; Əjdəhadır kim, yatıb çevrəmdə zənciri-cünun. Füzuli. □ Məlamət etmək (eləmək, qılmaq) - məzəmmət etmək, danlamaq, töhmətləndirmək. [Mirzə Rəhim ağa:] Neçə dəfə də çağırıb, məzəmmət, məlamət eləmişəm. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|