
MƏLƏŞMƏKqarş. 1. Hamı bir yerdə mələmək, səs-səsə verib mələmək. Qoyun-quzu mələşir. - Mələşmir sürülər, kişnəmir atlar; Niyəpərişandır halların, dağlar! Aşıq Ələsgər. Ürgələr oynaşır, atlar güləşir; Qoyunlar səs-səsə verib mələşir. S.Vurğun.
məc. Birlikdə ağlamaq, ağlaşmaq, ağızağıza verib ağlamaq. Qadınlar mələşirlər. ..Kərbəlayı Fərəcin evində uşaqları çörəkdən ötrü mələşirdilər. Çəmənzəminli. məc. Fəryad etmək, ağlaşmaq, ağlamaq. Min il su-su deyib mələşən çöllər; Indi öz donunu lalədən biçər. S.Vurğun. Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə. □ İlanlar mələşən - susuz, çılpaq. Adamlarımızın zəhmət və iradəsi ilə ilanlar mələşən düzlərdə kanallar çəkildi. Paylaşın - Hamı bilsin
|