
MAZAQLAŞMAQqarş. vulq. Dilxoşluq etmək; zarafatlaşmaq, oynaşmaq. [Pəricahan:] Ağa əvvəllər mənlə mazaqlaşardı. S.S.Axundov. [Çərkəz:] Günü qara lap özünü açıb, - deyə xəyalından keçirdi, - indidən mazaqlaşmaq istəyir. Allah sizin damazlığınızı kəssin. Boyları bir qamçı olan kimi adamın belinə sıçrayırlar. I.Şıxlı.
Paylaşın - Hamı bilsin
|