İzahlı lüğət

MADDƏ1

is. [ər.] 1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey. Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr. // Cisim, şey.
Bax materiya 1 və 2-ci mənalarda.
dan. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik. □ Maddə etmək (eləmək) dan. - bədənin bir yerində irin əmələ gəlmək, çirk etmək.
məc. Keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik mənasında. [Ağa Hüseyn:] Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə böyük sövdəgər olarsan. Ə.Haqverdiyev. // zar. dan. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. Zirək maddədir. O elə bir maddədir ki...
□ Maddələr mübadiləsi fiziol. - canlı orqanizmlərdə maddələrin xarici mühitlə qarşılıqlı əlaqə şəraitində həzm olunması ilə bağlı olan proseslərin məcmusu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed