
MACƏRAis. [ər.] 1. Başa gələn həyəcanlı hadisə; qəziyyə, sərgüzəşt. Onun başına böyük macəralar gəlmişdir. - Nabat zənn edirdi ki, Şəkərəli bir şey bilmir və onu dilgir, qəmgin edən macəradan xəbərsizdir. T.Ş.Simurq. Açmasam dərdimi, kim bilir nə var; Ömrümün qaranlıq macərasında? M.Müşfiq.
2. Bax avantüra. // Ümumiyyətlə, hadisə, qəziyyə, əhvalat. Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli. Paylaşın - Hamı bilsin
|