
MƏFHUMis. [ər.] Bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir; anlayış. Dəyər məfhumu. Sinif məfhumu. - Yaxşı, yamanlıq, toxluq və aclıq məfhumlarına qarşı yenə yad və laqeyd idim. Çəmənzəminli. Qəhrəmanlıq məfhumunun geniş çərçivəsi, şeirdən olduqca yeni və yüksək təsvir vasitələri tələb edəcəkdir. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|