İzahlı lüğət

MƏFRƏŞ

is. [ər.] Yorğan-döşək, xalçapalaz və s. şeyləri qablamaq üçün palaz kimi toxunmuş dördkünc çuval, kisə. Məfrəşi çırpmaq. - Rəşid isə özü ilə aparacaq şeyləri qutulara və məfrəşlərə yığıb bağçalarında gəzir idi. İ.Musabəyov. Şeyləri.. məfrəşlərə qablayırdılar.. İ.Əfəndiyev. // İçində yorğandöşək, xalça-palaz, yun və s. yığılmış həmin çuval, kisə. Bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. M.F.Axundzadə. Maşının üstünə böyük bir məfrəş sərilmiş, yük yerinə çamadan qoyulmuşdu.. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed