İzahlı lüğət

MƏĞRUR

sif. [ər.] 1. Öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı. [Rəmzi:] Alp Arslan, o məğrur insan; Geri dönmüş, sanırım, Ceyhundan. H.Cavid. // İs. mənasında. [Salman] məğrurlara .. xəlvətcə güzəştə gedir, üzlərinə gülümsəyirdi. M.İbrahimov. // məc. Əzəmətli, möhtəşəm, qürurlu. [Attal:] Hər yerə at sürdük, bu məğrur dünya; Duz ilə, çörəklə çıxdı qarşıya. Şaiq. Istəməm, axmasın gözlərin yaşı! Çatılmasın məğrur ölkəmin qaşı! M.Müşfiq. // Zərf mənasında. Əzəmətlə, həşəmətlə, qürurla. Budur Qız qalası, gözəl abidə; Onun məğrur duran qədim tağları. M.Rahim. Üstünə alovdan yağır bir yağmur; Sənsə qala kimi durmusan məğrur. N.Rəfibəyli.
2. Başqalarına xor baxan, lovğa, təkəbbürlü, təşəxxüslü, iddialı. Məğrursan, ey gül, xəbərin yoxdur özündən; Əyyami-xəzan gəlsə, xəbərdar olacaqsan. S.Ə.Şirvani.
məğrur-məğrur zərf 1. B a x məğrurcasına. Başımızın üzərində üçrəngli bayrağımız məğrur-məğrur dalğalanır.
2. Təşəxxüslə, təkəbbürlə, lovğa-lovğa. Məğrur-məğrur baxmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed