
MƏĞRURLUQis. 1. Öz ləyaqət və yüksəkliyini hiss etmə, mənlik hissi; vüqar. [Vahid:] Mənə hər şeydən artıq xoş gələn [anamın] məğrurluğu idi. B.Bayramov.
2. Lovğalıq, təkəbbür, təşəxxüs, iddialılıq. Məğrurluq eyləyib ustadam demə; Olar ki, bir yerdə dara düşərsən. Aşıq Ələsgər. Puan Qay [avropalıların] .. məğrurluqlarını, çinlilərə edilən zülmü pantomim tərzilə gözəlcəsinə göstərib xalqı güldürürdü. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|