
MƏHARƏT[ər.] is. Bir iş görməkdə ustalıq, bacarıq, qabiliyyət, hünər. ..Yandüdüyü çalmaqda əmioğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayitaaladan qismət deyilmiş. C.Məmmədquluzadə. Hanı, göstər də bir cəsarətini; Görəlim barı son məharətini. H.Cavid. □ Məharət(ini) göstərmək - qabiliyyətini, bacarığını, hünərini göstərmək. Az bir zamanda Vaqif dövlət işlərində böyük məharət göstərib, bütün sarayda hörmət qazandı.. Çəmənzəminli. Yaz gəlib səpin başlananda Əli əsil ustalığını, məharətini göstərdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|