
MƏKANis. [ər.] 1. Bir adamın, şeyin sakin olduğu yer, oturulan yer; yurd. [Ağa Salman:] O sərbazların adı və məkanı sizə məlumdurmu? M.F.Axundzadə. Görürəm mən yuxuda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Səhhət. // Ümumiyyətlə, yer. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz; Üz tutubsuz nə məkana, durnalar! M.V.Vidadi.
fəls. Materiyanın varlığının, həcm və ölçü ilə səciyyələnən əsas ümumi obyektiv formalarından biri. Məkan və zaman kateqoriyası. Paylaşın - Hamı bilsin
|