
MƏKRUHsif. [ər.] 1. İkrah doğuran, nifrət doğuran; iyrənc, mənfur, çirkin. Məkruh səs. - [Qurban:] Nə qədər xasiyyətdən yaxşıdırsa, bir elə sifətdən məkruhdur. Ə.Haqverdiyev.
2. Müsəlman dininə görə haram sayılmasa da, zəruri ehtiyac olmadan yeyilməsi məsləhət görülməyən şey. [Ata:] Oğlum, dovşan ətini, at ətini peyğəmbərimiz məkruh buyurmuşlar. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|