İzahlı lüğət

MƏKTƏB

is. [ər.] 1. Yetişməkdə olan nəslə təlim və tərbiyə verən təlim-tərbiyə müəssisəsi. Məktəbə getmək. Məktəbdə oxumaq. Məktəbi qurtarmaq.
Hər hansı bir xüsusiləşdirilmiş tədris müəssisəsi. Musiqi məktəbi. Hərbi məktəb. Mirzə Səflərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdu. Ə.Haqverdiyev. Cuma İmanzadə 1922-ci ildə Bakıda hərbiyyə məktəbini bitirmişdi. Ə.Əbülhəsən.
Təhsil sistemi, tədris müəssisələri toplusu. Məktəbin politexnikləşdirilməsi.
məc. Öyrənmə, təcrübə qazanma, habelə əldə edilmiş təcrübənin özü; bilik, təcrübə. Həyat məktəbi. Yaxşı məktəb keçmək.
Elmdə, incəsənətdə, ədəbiyyatda, habelə ictimai-siyasi fikirdə bu və ya başqa fərqli xüsusiyyətləri olan cərəyan; məslək. Müxtəliflməktəblərə mənsub rəssamlar. Mollanəsrəddinçilər məktəbi. - Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm məktəbinin başında dururdu. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed