
MƏKTUBis. [ər.] Hər hansı bir məqsədlə, yaxud bir şeyi xəbər verib bildirmək üçün yazılıb poçt və ya başqa vasitə ilə birinə göndərilən kağız. Məktub göndərmək. Təcili məktub. - Məktubumu aldı, parə qıldı; Ağ üzünü dəxi qarə qıldı. Xətayi. Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürürkən arasından yerə bir məktub düşdü. A.Şaiq.
Paylaşın - Hamı bilsin
|