
MƏQBƏRƏis. [ər.] 1. Qəbirlərin üzərində xüsusi tikili; türbə, mavzoley. Nizami məqbərəsi. - Böyük şair taxt-rəvandan düşüb, birbaş Azərbaycan şairi Xaqaninin məqbərəsinə gəldi. M.S.Ordubadi. Dünyada sənətin yeddi ecazından biri olan Tac Mahal məqbərəsi də buradadır. M.İbrahimov.
2. Məzarlıq, qəbiristan. Baxmadı oğrusu gedər nərəyə; Özü ancaq yüyürdü məqbərəyə. M.Ə.Sabir. Şairin əmrinə görə onun təxtrəvanını sürənlər birbaş Surxab məhəlləsindəki şairlər məqbərəsinə tərəf gedirdilər. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|