İzahlı lüğət

MƏRTƏBƏ

is. [ər.] 1. Evin üst-üstə tikilmiş qatlarının hər biri; qat. Evin üst mərtəbəsi. 5-ci mərtəbə.
Bir səviyyədə, üfüqi vəziyyətdə yerləşmiş şeylər sırası.
məc. Rütbə, mənsəb, vəzifə, məqam, dərəcə. Mərtəbəyə çatmaq. - Vali və onun müavini isə özlərinə mərtəbə qazanmaq məqsədilə yüzlərcə təqsirsiz adamın siyahısını ingilis və çar konsulxanalarına verirdilər. M.S.Ordubadi. Onlar dövlətin qayğısı və öz istedadları, əməkləri sayəsində bu mərtəbəyə çatıblar. Mir Cəlal.
Miqdar, qədər, dərəcə. □ Bir mərtəbədə - o dərəcədə, o qədər. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusifi Sərrac onun doğru olmağına etibar edə bilmirdi. M.F.Axundzadə. [Məhəmməd ağa:] Nadanlıq gözlərini bir mərtəbədə kor edibdir ki, namümkündür, söz, nəsihət ilə bunlara bir şey qandırasan. N.Nərimanov.
klas. Dəfə, kərrə. Iki mərtəbə getmək.
Ala gözlər nərgisi-məstanə tək şəhlalanır; Elə ki, süzgünləşir, yüz mərtəbə zibalanır. M.P.Vaqif. Həzar mərtəbə şirindi noğlu şəkkərdən. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed