İzahlı lüğət

MƏŞƏQQƏT

[ər.] 1. is. Əzab, əziyyət, sıxmtı, zəhmət, möhnət. Gözlərindən və üzündən [dərvişin] yuxu və məşəqqət görünürdü. A.Divanbəyoğlu. Qurtarmışdı qışın sərt məşəqqəti; Açırdı ürəyi yazın ləzzəti. H.K.Sanılı. □ Məşəqqət çəkmək - əzab çəkmək, əziyyət çəkmək, sıxmtı çəkmək, möhnət çəkmək. Qıldın məni çünki sirrə məhrəm; Dur, çəkmə dəxi məşəqqətü qəm. Məsihi. Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. C.Cabbarlı.
2. Məşəqqətlə şəklində zərf - əziyyətlə, zəhmətlə, zorla. Biçarə qolunun ağrısından bitab düşüb nəhayət məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed