İzahlı lüğət

MƏŞHUR

sif [ər.] 1. Şöhrət qazanmış, adlı-sanlı, şöhrətli, tanınmış. Məşhur alim. Məşhur idmançı. - Divara bir neçə məşhur artistin portreti vurulmuşdu. İ.Əfəndiyev. Məşhur etmək - ad qazandırmaq, şöhrətləndirmək. Məşhur olmaq - ad-san qazanmaq, şöhrətlənmək, məşhurlaşmaq.
2. Hamıya məlum olan, çoxunun bildiyi, məlum. Bu məşhur bir məsəldir, Seyyida, “qaz vur, qazan doldur!” S.Ə.Şirvani. Məşhur Binəqədi gölündən, yəqin ki, xəbəriniz var. M.Rzaquluzadə. □ Məşhur etmək (qılmaq) - tanıtmaq, hamıya bildirmək, məlum etmək. Məşhur qıldı eşqi-Züleyxa o Yusifi; Aşiqdə hüsn şöhrətinə ictihad olur. S.Ə.Şirvani. Məşhur olmaq - tanınmaq, hamıya məlum olmaq.
□ Qələti-məşhur - yanlış olduğu halda xalq arasında işlənilən söz və ya ifadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed