İzahlı lüğət

MƏSLƏHƏT

is. [ər.] 1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, göstəriş, tövsiyə. Həkim məsləhəti. Məsləhət vermək. - [Şah buyurdu ki:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. [Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal. □ Məsləhət bilmək - olmasını, edilməsini müvafiq görmək, tövsiyə etmək. Həkimlər [Səlimin] yerində tərpənməyini, durub asta-asta, köməkçi ilə gəzməyini məsləhət bilirdilər. S.Rəhimov. Məsləhət deyil məsləhət görülmür, lazım deyil, tövsiyə edilmir. ..Bəlkə, heç Şeyxi narahat eləməyimiz məsləhət deyil? C.Məmmədquluzadə. Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ə.Haqverdiyev. Məsləhət etmək (eləmək) - 1) b ax məsləhət görmək. Düşəndə eylərlər sizə məsləhət; Xahi aşikarə, xahidəxəlvət. Q.Zakir; 2) b ax məsləhətləşmək 2-ci mənada. Noxudu bozbaşa salanda aşpazı qoyub, axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə. Bilmək olmur nə məsləhət edirlər; Bəlkə basqın eyləməyə gedirlər? A.Səhhət. Məsləhət qoymaq - məsləhətləşib qərara gəlmək. [Səriyyə:] Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. C.Cabbarlı. Məsləhət vermək (görmək) - necə hərəkət etmək, nə etmək haqqında birinə yol göstərmək, münasib bilmək, tədbir göstərmək, göstəriş vermək. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Ə.Haqverdiyev. [Almaz:] Sən öz sağlam duyğunla mənə məsləhət ver. C.Cabbarlı.
Hər hansı bir məsələyə dair mütəxəssisin tövsiyəsi, göstərişi; konsultasiya. Məsləhət almaq. Məsləhət üçün mütəxəssisə müraciət etmək. // Dərsi daha yaxşı mənimsəmək üçün müəllimin tələbəyə dərsdən əlavə köməyi, yardımı. Məsləhət saatı təyin etmək. Məsləhət günü.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed