İzahlı lüğət

MƏSLƏK

is. [ər.] 1. Hər hansı bir dünyagörüşünə əsaslanan əqidə, məfkurə, amal. Məsləkim, şüarım ucadan uca; Mən getdim, yoldaşlar, gəlin arxamca! A.Şaiq.
Etiqad, məzhəb, inam. [Şeyx Sənan:] Kimsiniz? Məsləkü təriqətiniz; Nə imiş? Söyləyin, rica edəriz. H.Cavid. □ Məslək(imiz) haqqı - andiçmə məqamında işlədilir. [Musanın nəvəsi] artıq hər dəfə and içəndə daha “məsləkim haqqı” deməyirdi. Qantəmir. [Yarməmməd:] Məsləkimiz haqqı, mən şəxsi tənqidi sevirəm. M.İbrahimov. // köhn. Hər bir şəxsin özü üçün seçmiş olduğu yol, xəttihərəkət, istiqamət.
İstək, arzu, dilək mənasında. Könlümdə gül, çiçək açdı; Bir məsləkim, min diləyim. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed