İzahlı lüğət

MƏST1

sif [fars.] 1. Sərxoş, kefli. Ya balıq tutandır, tufana tutulmuş; Yaxud məst imiş kim, batmış və boğulmuş. A.Səhhət. □ Məst etmək (eləmək) - kefləndirmək, sərxoş etmək. İçki onu məst etdi. Məst olmaq - içib keflənmək, sərxoş olmaq. Axır vaxtlarda Yusif.. əlinə düşən pulu içkiyə verib tez-tez məst olurdu. S.S.Axundov. [Ağa Mərdan bəy] .. məst olaraq arvadı evdən çıxarıb .. balkonda yatmağa məcbur edərdi. T.Ş.Simurq.
2. məc. Xoş və gözəl bir təəssüratdan təsirlənmiş, nəşələnmiş, keflənən kimi olmuş, bihuş olmuş, məftun olmuş. Mən nəşeyiləli-ləbi-canan ilə məstəm; Saqi, mənə minbəd meyi-nab gərəkməz. M.Ə.Sabir. □ Məst etmək (eləmək) məc. - kefləndirmək, nəşələndirmək, bihuş etmək, məftun etmək. Onu məst edərdi öz gözəlliyi; Gül-çiçək açardı gözündə hər yan. B.Vahabzadə. Peçin üstündə qazançadan qalxan qızartma iyi Gülyazı məst elədi. Q.Ilkin. Məst olmaq məc. - gözəl bir şeyin təsirindən keflənmiş kimi olmaq, huşu getmək, məftun olmaq. Yüzün gördü, şeyda könül, məst oldu; Nə hacət ki, həşr olduqca ayinə. M.V.Vidadi. Səhər yerindən qalxıb həyətə çıxanda ətirdən məst olursan. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed