
MƏSTEDİCİsif Kefləndirən, xumarlandıran, bihuş edən, bihuşedici. [Dilbərgilin] həyətlərindəki yasəmən, ərik, alça, albalı ağaclarının çiçəkləri ətrafa məstedici bir qoxu saçırdı. Ə.Sadıq. ..Səhər nəsimi.. gül və çiçəklərin məstedici rayihəsini ətrafa yayırdı. M.Dilbazi.
Paylaşın - Hamı bilsin
|